Milli Basketbol Assosiasiyasında ənənəvi “All Star” matçı keçirilib.
Bu dəfə Klivlend şəhərində təşkil edilən şou xarakterli oyunda Lebron Ceymsin komandası ilə Kevin Dürantın komandası qarşı-qarşıya gəlib. Qeyd edək ki, Dürantın nənəsinin vəfatı ilə əlaqədar “Bruklin Nets”in lideri bu oyunda meydana çıxmayıb. Bərabər mübarizə şəraitində keçən ilk hissəni Lebronun komandası 47:45 hesabı ilə öndə başa vurub. İkinci 15 dəqiqədə Dürantın komandası vəziyyəti xeyrinə dəyişə bilib – 46:49. Elə 3-cü hissədə də komandalar bərabər səviyyədə mübarizə aparıb – 45:45. Son periodda rəqibin 21 xalı müqabilində 25 xal toplayan Lebron Ceymsin komandası meydanı 163:160 hesablı qələbə ilə tərk edib. Maraqlıdır ki, məhz Ceymsin sonda dəqiq atışı sayəsində klivlendlilər sabiq oyunçularının komandasının qələbəsinə sevinib. Oyunun ən yaxşı basketbolçu mükafatına isə görüşdə 60 xal toplayan Stefen Körri sahib çıxıb. Maraqlıdır ki, bu oyunda 16 dəqiq 3 xallıq atışlarla yeni “All Star” rekordu müəyyənləşdirib. Yannis Adetokumbo 30, Lebron isə 24 xal toplayıb. Rəqib komandada Coel Embid 36 xalla ən məhsuldar oyunçu olub.